​“Regionda siyasi terrorların baş vermə ehtimalı var” – XƏBƏRDARLIQ

Zəlimxan Məmmədli: “Əsas hədəflərdən biri islam və türk dünyasının örnəyi olan Türkiyədir”
 
 
“Iraq Kürdüstanı ilə bağlı keçirilən referendum Türkiyə və regiona meydan oxumaqdır”.
 
Bunu Moderator.az -a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, bu prosesin arxasında iri güclərin dayandığı şübhəsizdir:
 
“Bu, anidən Bərzaninin ağlına gələn qəfil fikir deyil. Bu, sistemli bir addımdır. Çox güman ki, PKK faktoru da burada nəzərə alınıb. O cümlədən, Azərbaycana qədər uzanan bir uzantı var. Keçən əsrin əvvəllərində Böyük Ermənistan xülyası başa çatdı. Indi isə Böyük Kürdüstan ideyası ortaya atılıb. Bu ideyanın arxasında duran qüvvələrin bəlli olanı da, bəlli olmayanı da var. Burada əsas hədəflərdən biri Türkiyədir. Əsas hədəflərdən biri islam və türk dünyasının örnəyi olan qardaş ökədir. Məqsəd onu sarsıtmaq, onu region və dünya üçün əhəmiyyətsiz hala gətirməkdir. Əsas silahlardan biri kimi PKK-nı Türkiyənin içərisində və ətrafında fəallaşdırmaqdır. Siyasi terrorların baş vermə ehtimalı da var”.

Загрузка...
Загрузка...