Referendum millət vəkillərini də “işə saldı” - Özəl

 
 
İcra başçıları ilə yanaşı millət vəkilləri də sınağa çəkiləcək
 
Ötən gün konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumla əlaqədar Prezident Administrasiyasının icra başçılarına müvafiq tapşırıq və göstərişlər verdiyindən, yüksək nəticə göstərməyən icra başçılarının tutduqları vəzifədən azad ediləcəyindən bəhs etmişdik.
 
Bu günlərdə Politika.Az-a qarşıdakı referendumla bağlı daha bir maraqlı informasiya daxil olub. Məlumata görə, referendum millət vəkillərini də sözün həqiqi mənasında “işə salıb”. Belə ki, özəl mənbədən daxil olan məlumata görə, qarşıdakı referendumla bağlı millət vəkillərinə də müvafiq təlimat verilib və onlara da “başa salınıb” ki, seçildikləri rayonlarda dəyişikliyə səs verənlərin sayı yetərincə olmasa, bu nəticə onalr üçün də yaxşı sonluqla nəticələnməyəcək. Bu səbəbdən də millət vəkillərinə referendumla bağlı təbliğat və maarifləndirmə prosesinə öz töhfələrini vermək, referendum hazırlığını yerli icra hakimiyyətləri ilə birlikdə kordinasiya etmək tapşırılıb.
 
Mənbənin bildirdiyinə görə, millət vəkilləri onların qarşısında qoyulan bu missiyanı daha çox media vasitəsi ilə yerinə yetirməyə çalışacaq ki, bu da referendum gününə doğru konstitusiya dəyişiklilərini dəstəkləyən açıqlamaların daha da artacağı anlamına gəlir.