""Real", "Barselona", "Atletiko", "Yuventus"..."

Mats Hummels "Borussia"dan getmək fikrinə düşüb. Alman müdafiəçi qərarını tam dəqiqləşdirməsə də, "Bavariya"nın onun agentiylə danışıqlara başladığı barədə məlumatlar yayılmaqdadır.
Futbolçunun atası Hermann Hummels oğlunun Premyer Liqada oynamaq ehtimalını da istisna etməyib.
"Manchester City" maraqlı variant ola bilər. Onların çıxışı bu mövsüm o qədər də parlaq deyil. Amma növbəti mövsüm İngiltərə çempionu olacaqlar. Komandaya dünyanın ən yaxşı məşqçisi rəhbərlik edəcək. "Bavariya" ilə bağlı sözlərimə gəlincə, sadəcə Matsın top-klubda oynamaq istədiyini demişdim. "Bavariya"nın bu kateqoriyaya daxil olub olmadığını soruşdular. "Bayern"i bu sıraya daxil etməmək gülünc olardı. "Real", "Barselona", "Atletiko", "Yuventus", PSG, "Mançester Siti" və ya başqa klubun adını da çəkə bilərəm".