​Ərdoğanla Putinin görüşünün tarixi açıqlandı

 
Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın növbəti görüşünün tarixi açıqlanıb.
 
Publika.az xarici mediaya istindən xəbər verir ki, Rusiya və Türkiyə liderləri sentyabrın 3-də Çində keçiriləcək “G20” sammiti çərçivəsində görüşəcəklər.
 
Bu barədə məlumatı Rusiya prezidenti V.Putinin köməkçisi Yuriy Uşakov bildirib.
 
Onun sözlərinə görə, V.Putinin Çində keçirəcəyi ilk görüş Argentina prezidenti Mauricio Macriylə olacaq: “Argentinanın dövlət başçısı ilə görüşdən sonra Putin Türkiyə prezidenti ilə bir araya gələcək. Görüşdə terrorla mübarizədə ikitərəfli əməkdaşlıq, regional və digər məsələlərə dair müzakirələr aparılacaq”.