Ərdoğanla Obama arasında uzun sürən telefon danışığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  ABŞ prezidenti  Barak Obama arasında telefon danışığı olub.
Avropa.info xəbər verir ki, dünən axşam saatlarında baş tutan telefon danışığı 1 saat 10 dəqəqə sürməsi ilə diqqətləri çəkib.
Telefon danışığında Suriya da daxil olmaqla bölgədə baş verən proseslər  müzakirə olunduğu ehtimal edilir.
Prezidentlər arasındakı telefon danışığının  detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.