Ərdoğanla bağlı şok: "Ya intihar edəcək, ya da..."

 
FETÖ-nun liderlərindən sayılan Mustafa Yaşılın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə səsləndirdiyi fikirlər ortaya çıxıb.
 
Axar.az xəbər verir ki, Yaşılın 17-25 dekabrdan sonra Ərdoğan üçün "İntihar edəcək, ya da ruhi xəstəxanaya yerləşdiriləcək" dediyi məlum olub.
 
"Habertürk"də iştirak etdiyi canlı yayımda Hüseyn Gülərcə Yaşılla bağlı açıqlamasında bunları deyib:
 
"Yaşıl "Tayyib bəy 30 mart bələdiyyə seçkilərini görməyəcək, ya da intihar edəcək, ya da ruhi xəstəxanaya yerləşdiriləcək", - dedi. Mənim beynim alt-üst oldu. Tayyib bəy İmam Xətib Liseyinin məzunudur, belə bir insan intihar etməz".