Ərdoğanla bağlı satirik video diplomatik qalmaqal yaratdı

Almaniya hökuməti ölkənin Ankaradakı səfirninin Türkiyə XİN-nə çağırılmasını sərt tənqid edib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu addım Almaniyanın NDR kanalındakı “Extra 3” şousunda 2 dəqiqəlik satirik videoçarxda prezidenti Rəcəb Tayyip Ərdoğanın təsvir olunmasından sonra baş vermişdi.
“Fikir azadlığı və mətbuat azadlığı anlayışları mübahisə olunmaz mövzulardır” – deyə Almaniya hökuməti bildirib. Avropa Komissiyasının sdəri Kan-Klod Yunker də alman səfirinin diplomatik idarəyə çağırılmasını mənfi dəyərləndirib.
“Belə hadisələr Türkiyəni Avropa Birliyinə yaxınlaşdırmır, əksinə uzaqlaşdırır”.