"Ərdoğanın tərəfdarlarını öldürün" - ŞOK ÇAĞIRIŞ


İŞİD terror təşkilatı Türkiyədəki tərəfdarlarına çağrış edib.
 
Turaninfo.Az Türkiyənin "haberler.com" saytına istinadən xəbər verir ki, çağırışda prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının öldürülməsi qeyd edilir.
 
Silahlılar çağırışı ingilis və türk dillərindən başqa 8 dildə yayımlayıblar. Ərdoğana qarşı çağırış İŞİD silahlılarının nəzarətində yayımlanan Rumiyah adlı jurnalda dərc edilib.
 
 
İŞİD-ə məxsus jurnal
 
Əsas hədəfdə isə dövlət məmurları olacaq. "Ədalət və İnkişaf Partiyasının tərəfdarlarını öldürün. Ərdoğanın dətəkçilərinə, köməkçilərinə hücumlar edin. Küfür və şeytanın başçılarına hücumlar təşkil edin. Polisi, əsgəri, hakimi və şeytanın alimlərini öldürün”, -deyə çağırışda qeyd edilir.
 
 
 
Çağırışda İraq və Suriya sərhədlərində xidmət aparan türk əsgərləri də hədəf göstərilir.
 
"Ferrat Qalxanı əməliyyatında iştirak edən türk əsgərlərinə sərt münasibət göstərin. Türk əsgərində qarşı dözümlü olun və onların qarşısından çəkilməyin. Baxın kafir türk əsgəri sizə tərəf gəlir. Allahın gücü daha üstündür. Onun cəzası daha şiddətlidir. Onların qanı bir itin qanı qədər dəyərsizdir. Şiddətinizi onlara göstərin”,-çağırışın mətnində belə qeyd edilir.