​Ərdoğanın Şanxay Beşliyi açıqlamasına Rusiyadan ilk şərh

Turaninfo.az Moderator.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyənin Şanxay Beşliyi içində yer alması çox rahat hərəkət etməsini təmin edir" açıqlamasına sözügedən birliyin üzvlərindən Rusiya müsbət yanaşıb.
 
Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin üzvü Aleksey Puşkov Twitter hesabından verdiyi açıqlamada Prezident Ərdoğanın sözləri ilə bağlı bunları deyib:
 
 "Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞİO) üzvlüyü Ərdoğan üçün məntiqli addım olardı. ŞƏT, Aİ-dən fərqlidir, onun yerinə keçə bilməz. Ancaq Aİ-dən fərqli olaraq ŞƏT üzvləri tamamilə suverendir".
 
Xatırladaq ki, Ərdoğan, Səmərqənddən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada bunları demişdi: "Məsələ bundadır, Türkiyə özünü rahat hiss etməlidir. Mənim üçün varsa, yoxsa Avropa Birliyi deməməlidir. Mənim qənaətim belədir. Yəni, bəziləri bunu tənqid edə bilər, ancaq mən şəxsi qənaətimi deyirəm. Məsələn, Şanxay Beşliyi içərisində Türkiyə niyə olmasın? Düşüünrəm ki, Türkiyənin Şanxay Beşliyi içərisində yer alması bu məsələdə çox daha rahat hərəkət etməsini təmin edəcək".

Загрузка...
Загрузка...