Ərdoğanın müşaviri Gülənin sərvətini açıqladı - Video

 
15 iyulda hərbi çevriliş cəhdi yox, işğal cəhdi həyata keçirildi.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İgid Bulud “ATV-A Haber” telekanalında çıxışı zamanı deyib.
 
“Bu işin arxasında sadəcə Fətullah Gülən Terror Şəbəkəsi (FETÖ) deyil, eyni zamanda, qlobal güclər dayanır. FETÖ deyilən şəbəkə dünyanın ən təhlükəli terror təşkilatıdır. Gülənin 50 milyard dollar sərvəti var”, - Bulud bildirib.