Ərdoğanın keçmiş yavəri: ''Prezidentin qaldığı otelin yerini öyrənib dedim''

Erkan Kıvrak: Ali Yazıçıdan bu məlumatı niyə bilmək istədiyini soruşmadım
"Baş yavər Əli Yazıcı zəng elədi, otelin yerini soruşdu. Helikopter pilotundan öyrənib, ona dedim".
 
"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hərbi Hava Qüvvələrini təmsil edən yavəri polkovnik-leytenant Erkan Kıvrak Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevirilişinə cəhdlə bağlı Ankara prokurorluğunun apardığı istintaqa verdiyi ifadəsində söyləyib.
 
İnformasiyaya görə, hadisələrdən sonra Türk Silahlı Qüvvələrindən çıxarılan Erkan Kıvrak ifadəsində bunları söyləyib: "Prezidentin mühafizəçiləri ilə birlikdə 2016-cı ilin iyulun 14-də təyyarə ilə Antalyaya getdim. Prezident iyulun 16-da Antalyada EXPO və stadiondakı tədbirdə iştirak edəcəkdi. İyulun 14-də saat 15 radələrində prezidentin baş köməkçisi Ali Yazıçı mənə zəg edib soruşdu ki, prezident hansı oteldə qalır. Mənə dedi ki, iki "Grand Yazıcı" oteli var, onların hansında qaldığını öyrənə bilərsənmi. Mən də prezidentin helikopter pilotu, təhlükəsizlik işləri üzrə rəisi Çətin Orhanın cib telefonuna zəng edib soruşdum. O dedi ki, şərəh mərkəzinə yaxın "Grand Yazıcı"da qalacağıq. Sonra Ali Yazıcıya zəng edib otelin yerinin söylədim. Bu məlumatı iyulun 14-də saat 15.00 - 18.00 arasında baş köməkçiyə vermişəm".
 
Erkan Kıvrak qeyd edib ki, Ali Yazıçıdan bu məlumatı niyə bilmək istədiyini soruşmayıb: "Çünki onun Antalyaya gəldiyini bilirdim. Düşündüm ki, ola bilsin Marmarisə getmək istəyir.
 
Cümə günü saat 20 radələrində Yazıcıya zəng edib soruşdum ki, Antalyaya yaxınlaşdınızmı, birlikdə yemək yeyəkmi? O isə cavabında bildirdi ki, mən bir az gec gələcəyəm, şənbə günü saat 10.00-da görüşərik.
 
Bundan sonra bir kafeyə getdim. Orada olarkən Prezident Aparatının baş katibliyindən Ali Köse cib telefonuma zəng edərək, İstanbulda jandarmanın körpünü bağlamasını, Ankarada təyyarələrin aşağıdan uçduğunu söylədim. Bundan sonra hadisələri izləməyə başladım. Prezidentin açıqlamasında sonra dövlət çevirilişinə cəhd edildiyini başa düşdüm. Mən FETÖ-çü deyiləm".