​Ərdoğanın bu sözündən sonra qiyamət qopdu - Nazir

 
Hər şey Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildəki hədəflərimizi açıqlamasından sonra başladı. Qiyamət bundan sonra başladı.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin İş və Sosial Təhlükəsizlik naziri Məhməd Müəzzinoğlu deyib.
 
“Ay-ulduzlu bayrağımızı qorumaq üçün neçə-neçə canlar fəda etmişik. Biz bu inancı gələcək nəsillərə çatdıracağıq. Ərdoğan 2023 hədəfimizi açıqlayandan sonra qiyamət qopdu. Prezidentimiz “2023-də dünya iqtisadiyyatının ilk onluğunda yer alacağıq. Dünyanın gələcəyinə dair qərar verilən masada Türkiyə də olacaq” demişdi. 3 gün öncə BMT-dən də eyham vurdu, “Dünya 5-dən böyükdür” söylədi. Bu millətlə bacarmazsınız. Çanaqqalada necə bacarmadınızsa, bu gün də bacarmaycaqsınız”, - nazir bildirib.