Ərdoğanın bu çıxışı Avropanı tir-tir "titrətdi"

 

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın miqrantlarla bağlı çıxışı ölkə ilə sərhəd olan Yunanıstanı qorxuya salıb .
 
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışında miqranların Avropaya getməsi üçün «qapıları açarıq» ifadəsini işlədib.
 
Yunan mətbuatı isə prezidentin bu çıxışının arxasında 3 min miqrantın Avropaya keçməsinə icazə verəcəyinə dair planın olduğunu  qeyd edib. Mətbuat planın bir neçə həftə ərzində həyata keçiriləcəyini yazıb.
 
Rəcəb Tayyib Ərdoğanın belə bir sərt ifadələr işlətməsinə səbəb isə Avropa Parlamentinin Türkiyə İttifaqa üzv olmaqla bağlı müzakirələri dayandırması ilə hədələməsidir.
 
Həmin qərardan sonra Ərdoğan çıxış edərək «çox irəli getsəniz, bu sərhəd qapıları açılır».
 
«Verdiyiniz sözləri yerinə yetirmədiniz. Kapıkuleyə 50 min miqrant gəldiyində fəryad etdiniz. Türkiyə sərhədləri açcarsa nə edəcəyir? Deməyə başladınız. Əgər çox irəli getsəniz, bu sərhəd qapıları da açılar».
 
Ümumilikdə isə son bir neçə həftə ərazində Ərdoğanın çıxışları Avropa ölkələrini qoxduya salıb. Çünki prezidenti Avropa Birliyi ilə əlaqələri kəsməyə hazır olduğunu bildirib.