Ərdoğanın baş müşavirinin qardaşı öldürüldü

Türkiyə Silahlı Qüvvələrində bir qrup üsyançının hökumətə qarşı çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mustafa Varankın böyük qardaşı da öldürülüb.
 Axar.az xəbər verir ki, bu barədə AKP-nin Ankaradan seçilən millət vəkili Yalçın Akdoğan Tvitter səhifəsində məlumat verib:
 “Sevgili dostum Mustafa Varankın üsyançı alçaqların öldürdüyü böyük qardaşına uca Allahdan rəhmət diləyirəm”.