Ərdoğanın açıqlaması Avropanı qorxutdu

 
Türkiyə ilə Avropa Birliyi arasında əldə edilən miqrant axını razılaşmasının ləğv edilməsi təhlükəsi var.
 
Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Komissiyasının rəhbəri Jan Kloud Yunker deyib.
 
“Risk böyükdür. Razılaşmanın uğur gətirəcəyi şübhəlidir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu müqavilənin ləğv edilməsi ilə bağlı fikirlər səsləndirib. Razılaşma ləğv edilərsə, Avropa yenidən böyük miqrant axını ilə üz-üzə qalacaq”, - Yunker bildirib.
 
Qeyd edək ki, sözügedən 6 milyard avroluq razılaşma müqaviləsi bu ilin mart ayında Avropa Birliyi ilə Türkiyə arasında imzalanmışdı.