​Ərdoğanı ölümdən o, xilas edib – FETÖ PLANI

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəthullahçı Terror Təşkilatına (FETÖ) məxsus xəstəxanada əməliyyat olunmasına Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan mane olub.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda FETÖ-ya maliyyə dəstəyi verməkdə ittiham olunaraq həbs edilən iş adamları Emir Ağbaş ve Mehmet Çelikarslanla bağlı hazırlanan iddianamədə deyilir.
 
İddianamədə deyilir ki, dövrün baş naziri olan Ərdoğanın FETÖ-ya aid bir xəstəxanaya yerləşdirildiyini eşidən Hakan Fidan dərhal xəstəxanaya gələrək əməliyyata mane olub.
 
Qeyd edək ki, Ərdoğanın əməliyyat masasında öldürülməsi planı barədə daha əvvəl FETÖ imamı, 17-25 dekabr dövlət çevrilişi cəhdi sonrası təşkilata aid 200-ə yaxın məxfi məlumat, sənəd, görüntü və səs yazısını İzmir Respublika baş prokuroru Vəkili Okan Batoya təslim edən Hüseyn Sarıçiçek danışıb.
 
 “7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətdə olan Egey dənizi bölgə imamı Necdət İçel mənə zəng etdi və avtovağzaldan bir polkovniki götürərək Torbalıdakı bağ evinə aparmağımı istədi. Mən də o polkovniki götürərək İçelin bağ evinə apardım. Bu arada Necdət İçelin qışqıraraq bağçaya çıxdığını və yanında olan bir polis rəisinə hücum etdiyini gördüm. İçel “Əməliyyata necə girməz? Bu adam necə ölməz? deyə bağırırdı. Sonradan həmin dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir cərrahiyyə əməliyyatından son anda imtina etdiyini öyrəndim. Necdət İçel 7 fevral və 17-25 dekabr hadisələrindən əvvəl Amerikaya gedib gəlmişdi”, - Hüseyn Sarıçiçək deyib.