Ərdoğandan yəhudi jurnalistə: Məni sıxışdıra bilməzsən


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin “Kanal 2” telekanalında yayımlanan “Uvda” verilişinin aparıcısı İlana Dayan-Orbaça müsahibə verib.
 
Axar.az xəbər verir ki, verilişin anonsunda israilli jurnalist Ərdoğana “Sizə çətin suallar vermək haqqımdan istifadə etmək istəyirəm” dedikdə, türk lider ona belə cavab verib: “İndiyə qədər ünvanladığınız suallar asan idimi? Əgər sən Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə, yanılırsan”.
 
Qeyd edək ki, sözügedən veriliş bazar ertəsi yayımlanacaq.