Ərdoğandan vətəndaşlara mühüm dollar – Çağırışı

 
 
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkə vətəndaşlarına dollara nisbətdə milli valyuta məzənnəsinin kəskin düşməsi ilə əlaqədar çağırış edib.
 
Axar.az xəbər verir ki, Ərdoğan vətəndaşları evlərdə saxladığı dollarları lirəyə dəyişməyə çağırıb:
 
“Qoy, yastığın altındakı dollarları çıxartsınlar və onları qızıla, lirəyə dəyişsinlər. Türk lirəsi və qızıl bahalaşacaq. Narahat olmayın, biz tezliklə bu oyunu pozacağıq. Eyni ilə bu oyunu 2007-2008-ci ildə reallaşdırmağa çalışırdılar. O vaxt da dedim ki, bu keçəcək. İndi də eyni sözləri deyirəm – keçəcək”, - Ərdoğan vurğulayıb.
 
Qeyd edək ki, son bir ay ərzində lirə dollara nisbətdə 11 faiz dəyər itirib. Bu gün ABŞ dolları 3,52 lirə ilə tarixi maksimuma yüksəlib.

Загрузка...
Загрузка...