Ərdoğandan Trampın seçilməsinə - Münasibət

 
Şəxsim və millətim adından ABŞ xalqının bu seçiminin xeyirli olmasını istəyirəm.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın ABŞ-ın prezidenti seçilməsi haqda danışarkən deyib.
 
“Bildiyiniz kimi, ABŞ-ın yeni prezidenti Respublikaçılar Partiyasından Donald Tramp oldu. Artıq ABŞ-da yeni bir dönəm başlayır. Arzu edirəm ki, xalqın bu seçimi dünyaya haqq-ədalət, azadlıq və demokratiya gətirsin. ABŞ-a uğurlarla dolu gələcək arzulayıram”, - Ərdoğan bildirib.