Ərdoğandan Trampın Qüds təhdidinə CAVAB: “İradənizi belə qəpik-quruş dollara satmayın"

Baxış sayı: 
177

“ABŞ Türkiyənin siyasi iradəsini pulla satın ala bilməz”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“ABŞ prezidenti təhdid edir. Bu nə təhdiddir? “Biz milyardlar veririk, bizim düşüncəmizin əksinə hərəkət edənlər var. Bunları tək-tək qeyd edirik” deyib. Amerikanı demokratiyanın beşiyi sayırlar. Türkiyənin demokratik iradəsini dollarla satın ala bilməzsiniz“, -deyə dövlət başçısı vurğulayıb.
Türkiyə lideri BMT-yə üzv olan dövlətlər müraciət edib: “İradənizi belə qəpik-quruş dollara satmayın. Dollara satılan iradə geri qaytarılmaz. Ümidvaram ki, ABŞ bu gün istədiyi nəticəni almayacaq və dünya Amerikaya bir dəsr verəcək. Bizim könül sərhədimizə heç kim müqavimət göstərə bilməz”.
Qeyd edək ki, iki gün əvvəl BMT Təhlükəsizlik Şurasında Qüds məsələsi müzakirə edilib. Şuranın 15 üzvündən 14-ü Qüdsün bütövlükdə İsrailin paytaxtı olması ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarın əleyhinə səs verib. Həmin toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, qətnamənin əleyhinə səs verən dövlətlərin adlarını öz dəftərçəsində qeyd edir. O, bu qətnaməni öz dövləti üçün “təhqiredici” adlandırıb.
N.Heyli BMT-yə üzv olan 193 ölkədən 180-nin təmsilçilərinin elektron ünvanlarına məktub göndərərək xəbərdarlıq da edib: “Səs verərkən bunun ABŞ-ın şəxsi məsələsi olduğunu düşünməyinizi istəyirəm. Prezident (Donald Trampı nəzərdə tutur - S.İ.) səsverməni şəxsən izləyəcək. O, məndən bizə qarşı səs verən dövlətlərin adlarını istədi. Ona görə də bütün səsləri qeydə alacağıq”.
ABŞ prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı Nikki Heylinin çıxışını dəstəklədiyini vurğulayıb: “Onlar bizim pulu götürüb bizə qarşı səs verirlər. Onlar yüz milyonlarla, hətta milyardlarla dollar vəsait alırlar, sonra isə bizə qarşı səs verirlər. Biz bu səsləri görürük".
O, həmin dövlətlərə maliyyə yardımını kəsərək ABŞ-ın belə halda daha çox qənaət edə biləcəyini qeyd edib.

Загрузка...
Загрузка...