Ərdoğandan "tək ordu, tək komandan" vurğusu...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi akademiyada görüş keçirib.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, müdafiə naziri İsmət Yılmaz və baş qərargah rəisi general Hulusi Akarın da iştirak etdiyi toplantıda Ərdoğan zabitlərə xitab edib.
"Hər fürsətdə söyləyirəm, tək millət, tək bayraq, tək vətən, tək dövlət ... Sizlərin hüzurunda bunu ilk dəfə vurğulayıram, tək ordu, tək komandan olmalıdır. Həyatım boyunca inanmadığım heç bir şeyi demədim. İndi də deyirəm ki, buradakı hər bir zabitimizin mənim üçün öz qardaşımdan, öz övladımdan fərqi yoxdur"
Türkiyə prezidenti Türkiyədə törədilən terror və bunun arxasında duran qüvvələrdən də danışıb.
"Vəkil, jurnalist, siyasətçi, təhsil işçisi adı altında fəaliyyət göstərən terror tərəfdarlarının , terrorçuları qorumaq üçün başlatdıqları kampaniyalara ciddi xarici dəstək verilir.Bu bizim diqqətimizdədir" deyə Ərdoğan vurğulayıb.