Ərdoğandan tarixi həmlə: Qüdsdə səfirliyimizi açacağıq

 
    
 
İnşallah, yaxın günlərdə Şərqi Qüdsdə səfirliyimizi açacağıq.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Karamanda çıxışı zamanı deyib.
 
“CHP lideri Kamal Kılıçdaroğlu deyir ki, Şərqi Qüds Fələstinin paytaxtı elan edilməlidir. Biz çoxdan elan etmişik. Lakin hazırda Qüds işğal altında olduğu üçün orada səfirliyimizi aça bilmirik. Şərqi Qüdsdə konsulluğumuz var. O günlər yaxındır. Allahın izni ilə səfirliyimiz də orada fəaliyyət göstərəcək”, - Ərdoğan bildirib.
 
Cebhe.info

Загрузка...
Загрузка...