Ərdoğandan sərt mövqe: "Erməni soyqırımı" tanınarsa..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi yaradıb.
 Axar.az xəbər verir ki, cümə günü Almaniya parlamentində səsverməyə çıxarılacaq 1915-ci il hadisələri ilə bağlı narahatlığını bildirib.
 Uqandaya səfəri öncəsi bəyanat verən Ərdoğan Merkellə telefon danışığından danışıb:
 "Ötən gün kansler Merkellə söhbət etdik. 1-2 saat əvvəl mən özüm də onunla danışdım. "Əlimizdən gələn bütün səylərimizi göstərəcəyik", - deyirlər. Biz əvvəl buna inanacağıq, bizim "erməni soyqırımı" kimi bir problemimizmi var? Biz bu mövzuda rahatıq. Bizə bu məsələdə belə bir münasibət göstərənlər, 3 milyon türkün yaşadığı bir ölkə belə bir oyuna alət olarsa, bu iki ölkə arasındakı diplomatik, iqtisadi, hərbi sahələri zədələyər. Elə hesab edirəm ki, bütün bunlar dəyərləndiriləcək. Ortada olmayan bir qərarı qiymətləndirməyi doğru hesab etmirəm. Bunun beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur".