Ərdoğandan Putin və Obamaya təklif

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 zirvə toplantısından sonra jurnalistlərə açıqlama verib.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, türkiyəli lider diqqəti Suriya böhranına yönəldib.
 
Suriyada daxili müharibə səbəbindən 3 milyon qaçqını qəbul etdiklərini xatırladan Ərdoğan bu məsələni toplantıya qatılan liderlərlə müzakirə etdiyini deyib. O, Suriyada təhlükəsiz bölgənin yaradılmasının vacibliyini bildirib: "Təhlükəsiz bölgənin yaradılmasını ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinə təklif etdim".
 
Qeyd edək ki, G-20 sammiti Çinin Xanqjou şəhərində keçirilib.