Ərdoğandan Putinə sərt cavab

Ərdoğandan Putinə sərt cavabTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin bəyanatları və Rusiya ilə münasibətləri şərh edib
Keniya səfərində jurnalistlərin suallarını cavablandıran Ərdoğan mənfi yanaşmalara fürsət verəcək şərhlərin doğru olmadığını bildirib.
“Düzgün siyasət odur ki, Rusiya ilə Türkiyə kimi iki böyük ölkə arasındakı əlaqələrin qarşısını kəsməyi əsas götürməməlidir. Bu baxımdan da yerinə yetirilməyəcək tələblərdən danışmaq doğru deyil. Putin tələblərdən danışmasın. Nələrin baş verdiyini hər kəs bilir. Hava məkanımızın pozulduğu daha əvvəllər də məlum idi. Hadisə xəbərdarlıqlarımıza cavab verilməməsi nəticəsində baş verdi. Türkiyə-Rusiya əlaqələri belə bir hadisəyə qurban edilməməlidir”, - Ərdoğan deyib.
Xatırladaq ki, ötən həftə Rusiya prezidenti münasibətlərin normallaşması üçün ilk addımı Türkiyənin atmalı olduğunu söyləyib. Ərdoğan isə Putinə bu şəkildə cavab verib: “Anlamaqda çətinlik çəkirəm ki, bizdən gözlənilən ilk addım hansıdır. Biz Türkiyə olaraq günahkar kürsüsündə oturan bir ölkə deyilik. Biz Rusiya ilə münasibətləri pozmaq istəyən deyil, inkişaf etdirməyi arzulayan bir ölkəyik”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da cavabında bildirib ki, Su-24 təyyarəsinin vurulmasına görə, Türkiyənin üzr istəməsini və təzminat ödəməsini gözləyirlər.
Peskov jurnalistlərə açıqlamasında bildirib ki, dövlət başçısı Vladimir Putin başda olmaqla müxtəlif səviyyələrdə Moskvanın tələbləri çox açıq şəkildə və heç bir işarə olmadan dilə gətirilib.