​Ərdoğandan “penalti” MESAJI: “Çünki rəqib Türkiyədir” - VİDEO

 
“Matç keçiririk və matçın ortasında penalti qaydaları dəyişir”.
Turaninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Sloveniya prezidenti Borut Pahorla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
Prezident Avropa İttifaqının bu günə qədər Türkiyəyə qazandırdığı heç bir şeyin olmadığını bildirib.
“Türkiyə Avropanın bir hissəsidir. Türkiyəni qapıda gözlədən Avropada sabitliyin olması mümkün deyil. Matç keçiririk və matçın ortasında penalti qaydaları dəyişir. Çünki rəqib Türkiyədir. Bunu 53 ildir yaşadıq. Təəssüf ki, hələ də yaşayırıq. Artıq buna dözmək mümkün deyil. Barəmizdə qəbul olunan hər qərara “bəli” demək məcburiyyətində deyilik”, - deyə Ərdoğan vurğulayıb.

Загрузка...
Загрузка...