Ərdoğandan Obamanın adamına: "Bir daha etmə"

 
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşdə Barak Obamanın YPG-dən mükafat alan xüsusi nümayəndəsi Bred Makqarka yaxınlaşaraq “Bir daha etmə”- deyə xəbərdarlıq edib.
 
Axar.az xəbər verir ki, bu iddianı “Hüriyyət” qəzeti irəli sürüb.
 
“Co Baydenlə görüşdə müxtəlif mövzular müzakirə edilir. Zalda əyləşənlər arasında Barak Obamanın YPG-dən xüsusi mükafat alan İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqark da var. Ərdoğan  görüş zamanı müzakirəni məhz Makqarkın üzərinə gətirir. Onu bu mükafatı almasına görə kəskin tənqid edir. Bu zaman Obamanın xüsusi nümayəndəsi yerindən qalxıb, “Tamam anladım” demək istəyir. Lakin Ərdoğanın əsəbləri sakitləşmir.  Hər kəs salonu tərk etdikdən sonra Makqarka yaxınlaşaraq “Bir daha etmə” deyir”, - qəzetdə bildirilib.
 
Qeyd edək ki, sözügedən şəxs hərbi əməliyyatlarda verdiyi koordinasiyalı dəstəyə görə YPG tərəfindən xüsusi mükafata layiq görülmüşdü.