Ərdoğandan mühüm açıqlama - İslam interpolu yaradılır

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə görüşündə təhlükəsizlik baxımından mühüm addım atıldığını açıqlayıb.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, Ərdoğan İƏT Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi təklifinin qəbul edildiyini söyləyib.
"Buradan beynəlxalq cəmiyyəti terror təşkilatlarına qarşı münasibətlərini nəzərdən keçirməyə çağırıram. Terror təhdidi ilə ərazidə əməliyyatlar keçirməklər yanaşı maliyyə və insan qaynaqlarını qurudaraq da mübarizə aparmaq lazım olduğunu düşünürəm. İƏT-in üzvü olan ölkələr arasında terrora və digər cinayətlərə qarşı əməkdaşlığı gücləndirəcək bir qurumun yaradılması məqsədəuyğun olacaq."
Ərdoğan layihə çərçivəsində mərkəzi İstanbulda olan bir İƏT Polis Əməkdaşlıq və Koordinasiya mərkəzi qurulması təklifinin qəbul olunduğunu söyləyib.