​Ərdoğandan çox sərt bəyanat: “Bir gecə qəfildən gələ bilərik…"

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqdakı referendumla bağlı sərt çıxış edib.
 
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbr verir ki, Türkiyə prezidenti kürdlərin referndumuna "Nəticəsini nəzərə almadan “yox” hökmündə qəbul edirik" deyə münasibət bildirib.
 
Ərdoğan bildirib ki, Şimali İraqda regional hakimiyyətin referendum qərarı İraqdakı daxili vəziyyət göz önünə alındıqda fürsətçilikdir:
 
"Ayrılıq yönündə addımlar atılması əsla qəbul edilməz. Kürd qardaşlarımızın haqlarına, təhlükəsizliklərinə sonsuz sayğımlz var. Bu yöndəki fəaliyyətlərində daim Şimali İraq idarəçiyinin yanında olduq. Kimsə onların yanında olmadığı dönəmdə gərəkən dəstəyi verdik, onları ayaqda tutduq. Bizim İraqda ərəb, türkman qardaşlarımız da var. Onların da haqlarına saygı ilə yanaşırıq. Sadəcə, bir şəxsin və ya tayfanın həyatından söhbət getmir. Kimsə bizdən yeni bir böhran şəraiti yaranmasına izn verməyi gözləyə bilməz. Referendumun nəticələrini “yox” hökmündə qəbul edirik, qeyri-legitimdir deyirik".
 
Ədroğan dünən axşam İraq prezidenti ilə xeyli müzakirələr apardığını bildirib:
 
"Bir gün öncə göndərdiyi heyətlə geniş görüşümüz oldu. Bu gün referendum keçirirlər. İraqın federal quruluşu bunların referendumunu qəbul etmir. Konstitusiya məhkəməsi gərəkən qərarı verdi. Siyasi, iqtisadi, ticarət və təhlükəsizliklə bağlı bütün addımları atırıq və atacağıq. Bu an İran da eyni durumdadır. Hava qüvvələrimiz eyni durumdadır. Sərhəddə hazırda sadəcə, İraq tərəfə keçid var. Bu həftə digər tədbirlər də görüləcək. O addımlar da atılacaq. Giriş-çıxış bağlanacaq. Bundan sonra Şimali İraq Regional hakimiyyəti görək nefti haraya axıdacaq və ya satacaq. Van bizdə. Qapatdığımız anda o iş də bitdi".
 
Ərdoğan dünyanın Şimali İraqdakı referendumu tanımadığını da bildirib:
 
"Hazırda Şimali İraqdakı referendumu onlardan başqa (İsrail nəzərdə tutulur- red.) tanıyan yoxdur. Biz isə hazırda Şimali İraq ilə çox fərqli bir vəziyyətdəyik. Netanyahu ilə də fərqli bir vəziyyətdə. Deyin, bundan vaz keçsin. Biz addımlarımızı qərarlı bir şəkildə atmağa davam edəcəyik. Şimali İraq rəhbərliyinin geri addım atması şərtdir. Etmirlər də, etməsinlər. Suriyada da başqa bir terror dövləti qurulmasına izn verməyəcəyik. Bu, onlar üçün şirin bir yuxudur. Dedim axı, bir gecə qəfildən gələ bilərik".
 
Müəllif: Zahid

Загрузка...
Загрузка...