Ərdoğana sual verən şəhid oğlu ağladı – Video

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel - “Uşaq bayramı” münasibəti ilə uşaqları qəbul edib.
 Axar.az xəbər verir ki, prezident iqamətgahına gələnlər arasında şəhid uşaqları və fiziki qüsurlu uşaqlar da olub.
 Görüşdə iştirak edən Nəcib Can adlı şəhid övladı Ərdoğana terrorla mübarizə ilə bağlı sual verərkən ağlayıb.
 Bunu görən Ərdoğan şəhid ailələrinin sahibsiz qalmayacağını deyib:
 “Terroristlərlə mübarizəmiz ciddi şəkildə davam edir. Millətimizin rahatlığı üçün terroristlərə qarşı mübarizəmiz sonuna qədər də davam edəcək. Şəhidlərimiz bizə əmanətdir. Onların ailələlərini sahibsiz qoymarıq”.