Ərdoğan Vaşinqtonda Obama ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində prezident Barak Obama ilə görüşəcəyini açıqlayıb.
Turaninfo.az  Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə prezident Ərdoğan Amerika səfərindən əvvəl hava limanında təşkil etdiyi mətbuat konfransında məlumat verib.
Ərdoğan görüşlə bağlı deyib: "Orada bir çox liderlə görüşəcəyik. Obama ilə də görüş hazırlanıb. Bu səfər yalnız Obamanın ikitərəfli görüşü üçün dəvət deyil. Bu zirvə görüşü üçün bir dəvətdir. 50-dən çox lider orada iştirak edəcək. Orada iştirak edəcək liderlərin ciddi bir qışımı ilə ikitərəfli danışıqlar olacaq. Biz də Obama ilə ikitərəfli görüş keçirəcəyik".
Xatırladaq ki, bundan əvvəl Obamanın sammit çərçivəsində Ərdoğanla görüşdən imtina etməsi barədə xəbər yayılmışdı.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirmişdi ki, "səfər zamanı iki ölkə prezidentinin görüşünə ehtiyac yoxdur".