Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın ŞƏRTLƏRİ

 
“Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”.
 
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarisyan deyib.
 
Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının şərtlərinin olduğunu bildirib.
 
“Bakı bəyan edir ki, Qarabağı qaytarın və biz Avrasiya İqtisadi İttifaqına giriş haqda düşünək. Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə önəm verir. Burada Ermənistan sadəcə alətdir. Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Serj Sarkisyan prezidentlərin birgə bəyanatını oxumadı. Çünki bu, Qazaxıstan və Türkiyənin xoşuna gəlməyə bilər. Hesab etmək olar ki, Rusiya Sarkisyanın bəyanatı oxumasına icazə verməyib. Ermənistanı bu prosesdə xırda pul adlandırmaq olar”, - deyə Sarkisyan vurğulayıb.