Ərdoğan və Gül bir arada

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sabiq Prezident Abdullah Gül ilə görüşüb.
 Axar.az xəbər verir ki, onlar İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi iftar süfrəsində bir araya gəliblər. Məlumata görə, Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da iftara qatılıb.
 İftar süfrəsində çıxış edən Abdullah Gül birlik və bərabərliyin vacibliyindən söz açıb:
 “İnanıram ki, burada olan birlik, bərabərlik, qardaşlıq davamlı olacaq. Ramazan ayı da elə dostluğun, qardaşlığın ayıdır. İnşallah, məmləkətimizin gələcəyi daha gözəl olacaq”.