​Ərdoğan təhlükəsizlik toplantısı keçirəcək

 
Bu gün Ankarada Beştəpədə yerləşən prezident iqamətgahında təhlükəsizlik toplantısı keçiriləcək.
Turaninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 13:30-da başlayacaq toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Toplantıda Türkiyəyə qarşı həyata keçirilən terror hücumları, İraq və Suriyadakı son proseslərin müzakirə olunacağı gözlənilir.
Dünən isə Ərdoğan Türkiyə və onun maraqlarına yaranan təhdidlərə qarşı milli səfərbərlik elan etdiyini açıqlayıb.

Загрузка...
Загрузка...