Ərdoğan terrordan danışıb od püskürdü — "Bacarmayacaqsınız!"

 
Erdoğan terror aktı ilə bağlı danışdı
 
Ölkə.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam saatlarında Qaziantep şəhərində törədilən terror aktı ilə bağlı danışıb: "Əvvəla ölənlərə rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Acınız acımızdır. Bu cür terror olayları törətməklə bizim gözümüzü qorxudub mesaj göndərənlərə demək istəyirəm ki, bacarmayacaqsınız! Orada şəhid olan və yaralananların qanlarının yerdə qalmayacağına söz verirəm. Bundan əmin ola bilərsiniz".