Ərdoğan terror aktına görə bu ölkələri ittiham etdi - Azərbaycanla Rusiyanın adı çəkilmədi

 
Ərdoğan terror aktına görə bu ölkələri ittiham etdiƏrdoğan terror aktına aidiyyəti olanlardan danışdı
 
Turaninfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk aeroportunda baş verən terror aktında Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyini bildirib.
 
“Bu insanlar vasitəsilə mühüm və konkret nəticələrə gəlmək olar. Gördüyünüz kimi, bu Dağıstan, Qırğızıstan, Tacikistan vətəndaşlarıdır. Təəssüf ki, bu qonşu və yaxın ölkələrdir”, - o bəyan edib.
 
Türkiyə prezidenti terrorçular arasında çeçen əsilli Rusiya vətəndaşlarının və azərbaycanlı Elçin Bünyadovun olmasına baxmayaraq Rusiya ilə Azərbaycanın adını hallandırmayıb.
 
İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı artıq 30 nəfər saxlanılıb.