Ərdoğan şəhid ailələrini ziyarət etdi

 

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailələrini ziyarət edib.
 
Musavat.com-un məlumatına görə, prezidentin baş çəkdiyi ilk ailə şəhid Onur Ensar Ayanoğlunun ailəsi olub. O, iyulun 15-də hərbi çevrilişə cəhd edənlərin qarşısına çıxaraq şəhid olub. Onun qardaşı Emin Oğuz Ayanoğlu isə həmin gecə yaralanıb. Ailəyə başsağlığı diləyən Ərdoğan sonra Acıbadem məhəlləsinə gedərək şəhid olan məhəllə muxtarı Mete Sertbaşın ailəsinə başsağlığı verib.
 
Daha sonra iki şəhid ailəsinə də baş çəkən president ona göstərilən sevgi və hörmətə görə vətəndaşlara minnətdarlıq edib. Prezidentin cangüdənləri isə uşaqlara oyuncaq paylayıb.