Ərdoğan Rusiya ilə yeni münasibətlərdən danışdı: 'Turizm sahəsində yeni mərhələyə başlamaq istəyirik'

 
Türkiyə ruh yüksəkliyi ilə Rusiya ilə münasibətlərdə yeni mərhələyə başlamaq istəyir.
 
Axar.az RTL-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəbəb Tayyib Ərdoğan çıxış edib.
 
Prezident kanala müsahibəsi zamanı bu sözləri deyib:
 
“Biz Rusiya Federasiyası ilə ruh yüksəkliyiylə hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə, turizm sahəsində yeni mərhələyə başlamaq istəyirik”.