​Ərdoğan Putinlə Qarabağ müzakirəsinin DETALLARINI AÇDI: “Dedim ki, 5 rayon qaytarılsın, amma...”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda açıqlama verib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyini bildirib.
 
Türkiyə prezident qeyd edib ki, görüşdə Putinə Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib.
 
“O, (Vladimir Putin) özü də belə düşünür. Lakin tərəflərin tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda qərarı xatırlatdım”, - deyə o, bildirib.
 
Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb.
 
“Bununla belə erməni hərbi birləşmələri bu rayonları tərk etmir. Əgər rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə qayıda biləcəklər”, - deyə Türkiyə prezidenti vurğulayıb.
 
Asif

Загрузка...
Загрузка...