Ərdoğan Putini günahlandırdı: “Olmayacaq tələblər irəli sürmək...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri zamanı Rusiya rəhbəri Vladimir Putinin açıqlamaları, ondan sonra verilmiş bəyanatları və iki ölkə arasında münasibətləri dəyərləndirib.
Teleqraf.com-un məlumatına görə, Ərdoğan Putinin mümkün olmayan tələblər irəli sürdüyünü deyib:
"Neqativ yanaşmaları, buna fürsət verəcək açıqlamaları doğru saymıram. Düzgün siyasət iki ölkənin əlaqələrini dalana dirəməyə yox, önünü açmağa xidmət etməlidir. Olmayacaq tələblər irəli sürmək düz deyil. Nə baş verdiyini hamı bilir. Hava sərhədlərimizə müdaxilə əvvəllər də müzakirə etdiyimiz məsələlər idi. Bu olay aidiyyəti bəlli olmayan təyyarənin hava sahəmizə müdaxiləsi və xəbərdarlığa cavab verməməsi nəticəsində yaşandı.
Biz Türkiyə-Rusiya münasibətlərini belə bir hadisəyə qurban verməməyin gərəkdiyi qənaətindəyik".  
- See more at: http://teleqraf.com/news/99519#sthash.2G5GgxjV.dpuf