​Ərdoğan Putinə məlumat verdi - Əməliyyat

 
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
 
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Hər iki ölkə  başçısı siyasi və ticari-iqtisadi sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri barədə müzakirə aparıblar.
 
Danışıq zamanı Ərdoğan Putinə Cerablusun azad olunması istiqamətində İŞİD-ə qarşı aparılan “Fərat qalxanı” əməliyyatı barədə məlumat verib.