​Ərdoğan-Putin görüşündən öncə ilk açıqlamalar

 
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü başlayıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hər iki lider Çində G20-lərin sammitində iştirak edir.
 
Prezidentlər görüşdən öncə qısa açıqlama veriblər.
 
Rəcəb Tayyib Ərdoğan çox-çox önəmli, gələcəyə yönəlmiş, həm siyasi, həm iqtisadi, həm də regional kontekstdə çoxsaylı mövzuların müzakirəsinə fürsət yarandığını deyib.
 
Valdimir Putin Türkiyədə daxili vəziyyətin sabitləşməsindən məmnunluq duyduğunu vurğulayıb: "Türkiyənin çətin mərhələdən keçdiyini görürük. Ölkə terrorla mübarizə aparmaqdadır, güclü təhlükə ilə üz-üzədir, bunu da bilirik. Əslində terrorla mübarizə sahəsində mövqelərimizi əvvəl də biri-birimizə çatdırmışdıq.
 
Türkiyədə vəziyyətin normallaşmasında ciddi uğurlar var. Ancaq normallaşma tam başa çatdıqdan sonra daha inamla irəli gedə biləcəyik".