Ərdoğan partlayışın detallarını öyrənmək üçün rəsmilərlə əlaqə saxlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Taksimdə meydana gələn partlayışla bağlı detalları öyrənməyə çalışıb.
Turaninfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Ərdoğan hadisə ilə bağlı baş nazir Əhməd Davudoğlu və daxili işlər naziri Əfqan Ala ilə telefon əlaqəsi saxlayıb.
Xəbər verilir ki, bugün partlayış baş verən zaman Kısıklıda yerləşən iqamətgahında olan Ərdoğan, hadisənin detallarını öyrənmək üçün İstanbul valisi Vasip Şahin və Təhlükəsizlik İdarəsinin rəisi Mustafa Çalışkandan da məlumatlar alıb.
Musavat.com