Ərdoğan onu təhqir edənlərin hamısını bağışladı:İddialarını geri götürdü

 
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib ki, onu təhqir etmiş şəxslərə qarşı məhkəmə iddialarını geri götürür.
 
BBC xəbər verir ki, Ərdoğan son çevriliş cəhdi zamanı birlik havasından ilham aldığını deyib: "Mənə qarşı olan hörmətsiz təhqirlərə görə bütün məhkəmə iddialarını geri götürürəm”.
 
Ərdoğanın sözlərinə görə bu, sadəcə bir dəfə atılan xoş niyyətli addımdır.
 
O, eyni zamanda çevrilişə cəhddən sonra görülən tədbirlərə görə onu tənqid edən xarici dövlətlərə mesaj göndərməyi unutmayıb: "Öz işinizlə məşğul olun!".
 
Rəsmilərin bildirdiyinə görə, təkcə bu il təxminən 200 nəfər bu cür iddialarla üzləşib.