Ərdoğan: 'Onlar qaçacaq, biz qovacağıq'

 
Bu dünyada biz, əbədi aləmdə isə Rəbbim onlardan bunun hesabını soruşacaq.
 
Axar.az vəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaranın Kazan rayonunda xalq qarşısında çıxış edərkən deyib.
 
“Hinlərinə girəcəyik demişdik, etdik. İndi qaçırlar. Onlar qaçacaq, biz qovacağıq. Bu dünyada biz, əbədi aləmdə isə Rəbbim onlardan bunun hesabını soruşacaq. 241 şəhidimiz, 2194 qazimizin hesabını soruşacaq. 40 ildən çox bir vaxtda bu milləti necə aldatdıqlarının hesabını soruşacaq”, - prezident qeyd edib.