Ərdoğan ona hiddətləndi

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış aktyor Okan Bayülgənə əsəbiləşib.
 
“Qızıl kəpənək” film festivalında ən yaxşı serial nominasiyasında qalib olan “Diriliş Ərtoğrul”un komandasına səhnədə söz verilməməsi böyük qalmaqala səbəb olub.
 
Gecənin aparıcısı Okan Bayülgənin “O, serialı izləməmişəm. Amma bundan sonra izləyəcəyəm. Hətta o serial olmadığı günlər belə TV qarşısında onu gözləyəcəyəm” sözləri birmənalı qarşılanmayıb.
 
Bir neçə gündür medianın gündəmində olan bu məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirib. O, Okan Bayülgənə istehzalı şəkildə ismarış göndərib:
 
“Diriliş Ərtoğrul” serialının komandasına dedim ki, heç kimə fikir verməyin, siz onsuz da millətin sevgisini qazanmısınız. Mənim nəvələrim belə o serialı izləyir. Çox gözəl serialdır. Okan Bayülgən də vaxt tapsaymış, izləyəcəkmiş serialı”.