Ərdoğan: “Obama verdiyi sözləri tutmadı”

ABŞ-ın PYD-yə qarşı mövqeyi bizi narahat edir.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, Obama İraq və Quantanamo problemlərini həll edə bilmədi:
 “Obamanın ilk ziyarət etdiyi ölkələrdən biri olmamız bizi ümidləndirmişdi. Çox heyif ki, gözləntilərimiz tam olaraq gerçəkləşmədi. İqtisadi sahədə hətta irəliyə doğru addım ata bilmədik. Yaxın Şərq məsələsində Obamadan daha qətiyyəli bir mövqe gözləyirdim. Obamanın İraq məsələsini həll edəcəyini düşünürdüm. Hər kəsə söz verməsinə baxmayaraq, Quantanamo məsələsini həll etmədi. Obama verdiyi sözləri tutmadı”.