Ərdoğan: “Obama ilə görüşəcəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Barak Obama ilə görüşəcək.
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ərdoğan Esenboğa Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Vaşinqtonda bir sıra görüşlər keçirəcəm. Cənab Obama ilə də görüşümüz planlaşdırılıb".
Qeyd edək ki, dünən yayılan xəbərlərdə Obamanın Ərdoğanla görüşdən imtina etdiyi bildirilmişdi.