Ərdoğan: “O silahları heç zaman unutmayacağıq”

“Terrorun gündəminə əsla təslim olmayacağıq, hədəflərimizdən uzaqlaşmayacağıq”.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, terror təşkilatları və onların arxasındakı gücləri gec-tez məğlub edəcəklər. Dövlət başçısı beynəlxalq cəmiyyətin Parisdə törədilən terror aktlarından dərhal sonra göstərdiyi həssaslığı İstanbul və Ankara hücumlarında göstəmədiyini söyləyib.
“Hücumlarla insanları qorxu içində saxlamaq istədiklərini çox yaxşı bilirik. Bu cür hücumlarla hədəfinə çatmış heç bir terror təşkilatı yoxdur. Bu çətin günlərdə bizimlə olan dostlarımızı heç zaman unutmayacağıq. Bizə doğru çəkilən silahları da unutmayacağıq”, - Türkiyə prezidenti vurğulayıb.