Ərdoğan o gecədən danışdı - Anbaan

 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl Cəzirə"nin canlı yayımında 15 iyul gecəsindən danışıb.
 
Axar.az xəbər verir ki, Ərdoğan Mərmərə otelində olarkən hərbi çevrilişə cəhd barədə xəbər aldığını, dərhal da lazımi şəxslərə tapşırıq verildiyini bildirib.
 
"Dərhal türk xalqından meydanlara çıxıb demokratiyaya sahib çıxmasını istədim. İnsanların küçələrə çıxmasını istədim. Türkiyədə 52 faiz səslə prezident və hökumətini seçmiş bir cəmiyyətin hərbi çevrilişə necə qarşı çıxdığını gördük. Mən əvvəlcə inanmaq istəmədim. Dövlət çevrilişinə cəhdi qayınımdan öyrəndim. Kəşfiyyat və fərqli mənbələrdən xəbər təsdiqləndikdən sonra Enerjetika naziri ilə birlikdə oteldən etibarlı bir şəkildə ayrıldıq və Dalamana doğru getdik. Daha sonra İstanbula doğru yol aldıq. Əlbəttə, İstanbulda bəzi çətinliklər var idi. Terror təşkilatı dediyimiz bu qrup azlığı çoxluğa tabe etdirmək istədi".